Respublika stadionunda dəyişiklik edilir
29.07.2010 - 11:57
“Hələlik arenada hansısa təmir işləri aparılmayacaq. Bunun baş tutması üçün müəyyən fasilənin yaranması lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Stadion rəhbəri arenanın işıqlandırma sisteminin dəyişdirilməsinin gündəmdə olduğunu vurğulayıb: “Avadanlıqlar, böyük ehtimalla Almaniya və Türkiyənin birgə istehsalı olacaq. Sözün düzü, tenderi nazirlik apardığından onlar dəqiq bilir. Ancaq işıqlandırma sistemini çempionat başlayana qədər dəyişdirə bilməyəcəyik. Bunun üçün çempionatda müəyyən fasilənin yaranmasını gözləyəcəyik. Çünki iş gedə-gedə işıqları yandırmaq mümkün olmayacaq”.

0
0