Kleber “Qarabağ”la oyunu buraxa bilər
29.07.2010 - 11:40
Avroliqada “Qarabağ”a rəqib olan “Visla” braziliyalı futbolçusu Kleberin durumundan narahatdır. Apasport.az saytının məlumatına görə, polşalılar zədələnən aparıcı müdafiəçilərinin bu gün “Qarabağ”la görüşdə meydana çıxacağına ümidlərini itirmir. “Visla”nın baş məşqçisi Henrik Kasperçakın sözlərinə görə, əzələsini dartan Kleberlə bağlı son qərar hələ verilməyib: “Mən onun zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Tibbi heyətimiz onun “Qarabağ”a qarşı oynaması üçün hər şey edir”.
Kasperçak eyni zamanda Kleber oynamayacağı halda, onun müdafiənin mərkəzində kiminlə əvəzləyəcəyini da götür-qoy edir. Sərəncamında olan müdafiəçilərdən Qordan Bunoza Peter Sinqlar namizəd olsa da, “Visla”nın çalışdırıcı Pyotr Brozekə daha çox güvənir: “Ola bilsin ki, onu müdafiənin mərkəzinə çəkib, Junior Diasla birgə oynatdıq. Ancaq bu haqda Kleber həqiqətən də meydana çıxa bilməyəcəyi halda fikirləşəcəyik”.

0
0