“Neftçi” mərkəzi arenaya köçür
29.07.2010 - 12:13
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyəyə gedən gün zəng vurub, oyunlarını stadionumuzda keçirmək istədiklərini bildirdi. O, tezliklə müqavilə imzalayacaqlarını söylədi. Görünür, rəhbərlik hələ Türkiyədə olduğundan, müqavilə imzalanmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Premyer Liqa klubları 10 gün sonra startı veriləcək növbəti milli çempionata hazırlıqlarını yekunlaşdırmaq üzrədir. Xüsusilə paytaxt klubları ev oyunlarını keçirəcəkləri yerləri müəyyənləşdirməyə çalışırlar. Ötən il rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edən “Neftçi” yenidən mərkəzi arenaya qayıtmaq niyyətindədir.
İsmayılov “Neftçi”nin prezidenti Sadıq Sadıqovun telefonla ona bu haqda müraciət etdiyini bildirib: “Onlar hələ müqavilə imzalamasalar da, fikirlərində qətidirlər. Sözün düzü, “Neftçi” hələ ötən il də bizim stadiona köçmək istəyirdi. Sonradan Bakıxanova köçdülər”.
Stadion rəhbəri hələlik yalnız “Bakı” klubu ilə rəsmi müqavilə imzaladıqlarını açıqlayıb: “Bakı” ilə müqaviləmiz var. Onlar məşqlərini bazalarında həyata keçirsələr də, rəqiblərini Respublika stadionunda qəbul edəcəklər. Əgər “Neftçi” ilə də müqavilə imzalasaq, bu iki komanda ev oyunlarını bizim stadionda keçirəcək. Bundan sonra üçüncü komandaya yer olmayacaq”.

0
0