Roman Pokora Avropa Liqasından danışdı
29.07.2010 - 12:21
Roman Pokora Avropa Liqasından danışdı
Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Roman Pokora bu gün startı veriləcək Avroliqanın III təsnifat mərhələsi ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli ukraynalı mütəxəssis vaxtilə məşqçisi olduğu Lvovun “Karpatı” klubunun Gürcüstanın “Zestafoni” komandası ilə görüşdə şanslarını dəyərləndirib.

Pokora “Zestafoni”ni 4 il çalışdırdığı “Simurq”la Gürcüstanda bir neçə dəfə yoxlama oyununda görüşdüyündən, yaxşı tanıyır. Keçmiş komandasına ev oyunu öncəsi məsləhətlərini verən mütəxəssis həmyerlilərini daha şanslı görür: “Zestafoni” ilə oyunlarımız əsasən heç-heçə bitirdi. Mənə elə gəlir ki, “Karpatı”nın yarışın növbəti mərhələsinə çıxması baxımından problemi yaranmamalıdır. Ancaq görüşün ilk dəqiqələrindən yüksək temp götürmək, çoxlu pressinq tətbiq etmək lazımdır”.