“Qarabağ” Polşanı da fəth etdi
29.07.2010 - 23:55
“Qarabağ” Polşanı da fəth etdi
Bu gün Avroliqada III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yeganə təmsilçimiz olan “Qarabağ” Krakovda Polşanın vitse-çempionu “Visla” ilə qarşılaşıb.

Matçın favoriti meydan sahibləri olsalar da, Ağdam təmsilçisi bu çətin sınaqdan alnıaçıq çıxıb. Əvvəlki mərhələlərdə “Metallurq” (Makedoniya) və “Portadaun” (Şimali İrlandiya) klublarını mübarizədən kənarlaşdıran “Qarabağ” polşalılara da gücünü göstərib. Vüqar Nadirovun vurduğu qolla 1:0 hesablı qələbə qazanan komandamız hələ ötən yay Avroliqada uğurla çıxışının təsadüfi olmadığını sübut edib.

Düzdü, Krakov təmsilçisi son dəqiqələrdə məğlubiyyətdən qaçmaq şansı qazanmışdı. Amma Fərhad Vəliyev 90-cı dəqiqədə hakimin şübhəli penalti zərbəsini dəf etməklə, hesabın bərabərləşməsinə imkan verməyib.



Avropa Liqası, III təsnifat mərhələsi
İlk oyun


23:00. “VİSLA” (POLŞA) – “QARABAĞ” (AZƏRBAYCAN) - 0:1
QOL: Vüqar Nadirov, 70
QIRMIZI VƏRƏQƏ: Qordan Bunoza, 83
Baş hakim: Tom Harald Hagen (Norveç)
Krakov. “Hutnik” stadionu
“VİSLA”: Milan Yovaniç, Erik Çikoş, Mateuş Kovalski, Qordan Bunoza, Petr Brojek, Rafal Boquski, Radoslav Sobolevski, Tomaş İrşak, Draqan Paliç, Pavel Brojek, Matsey Juravski.
“QARABAĞ”: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşas Sadiqov, Samir Abasov, Əfran İsmayılov, Georgi Adamiya, Andrey Rubins (Emin İmaməliyev, 39), Rauf Əliyev (Vüqar Nadirov, 69)

90-cı dəqiqədə Fərhad Vəliyev Juravskinin 11 metrlik zərbəsini dəf edir.