Bəxtiyar Soltanov: O hadisədən sonra toparlanmağa çalışırıq
29.07.2010 - 13:13
“Məlum hadisədən sonra komanda olaraq özümüzü toparlamağa çalışırıq. Çempionatın başlamasına az qalıb. Həm psixoloji, həm fiziki, həm də taktiki baxımdan növbəti çempionata hazırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Bəxtiyar Soltanov deyib.
Artıq iki gündür növbəti – XIX Azərbaycan çempionatının hazırlığına start verən “Bakı” gündə bir dəfə olmaqla öz bazasında məşq edir. Gənc yarımmüdafiəçi komandasının Avropa Liqasının II təsnifat mərhələsindən üzücü şəkildə mübarizəni dayandırmasından danışmaq istəmədiyini bildirib: “Olan-olub, keçən-keçib. İrəliyə baxmaq lazımdır. Çünki növbəti mövsüm mübarizə daha da qızışacaq. İndi əsas məqsəd ölkə çempionatında uğurlu çıxış etməkdir”.
Havaların isti keçməsinin planlarına təsir etmədiyini bildirən Soltanov axşam saatlarında məşq etdiklərini deyib. O, əsas heyətdəki yerini qaytarmaq uğrunda səylə çalışdığını sözlərinə əlavə edib: “Havaların isti keçməsi planımıza elə də təsir etmir. Çünki axşam 8-də məşq edirik. Mən də səylə çalışıram ki, əsas heyətdəki yerimi qaytarım. Bu barədə baş məşqçi ilə söhbət etməmişəm. Özümü əsas heyətdə oynamağa hazır hesab edirəm”.

0
0