Adamiya: Təki həmişə Əfran qol vursun, biz mərhələ keçək
29.07.2010 - 13:45
“Rəqibin güclü komanda olduğunu bilirik. Onların favorit sayılmasını normal qəbul edirəm. Amma heç kim 180 dəqiqə oynamamış növbəti mərhələyə keçməyəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.
Gürcü hücumçu qışdan şərəfini qoruduğu “Qarabağ”ın heyətində avrokuboklarda yeganə qolunu I mərhələdə Makedoniyanın “Metallurq” klubu ilə Bakıdakı oyunda (4:1) vurub. Adamiya nəinki özlərinin, ümumiyyətlə, cari avrokuboklarda 4 qolla bombardirimiz olan Əfran İsmayılovun məhsuldar oyununa sevinir: “Meydanda bərabər şərtlər altında oynayacağıq. Kimin qol vurması elə də əhəmiyyət daşımır. Bizdə hər kəs qol vura bilər. Əfran bu gün yaxşı formadadır. Onu qol vurmasına sevinirəm. Təki həmişə Əfran qol vursun, biz də mərhələ kecək”.
Adamiya bütün oyunlarda meydanda var-gücünü qoyduğunu bildirib. O, Polşanın “Visla” klubu ilə bugünkü səfər matçında da yaxşı nəticəyə inanır: “Rəqibi gözümüzdə böyütsək, bu, bizə bir üstünlük verməyəcək. Əslində, rahat oynamağa çalışacağıq. Əlbəttə, polşalılarla oyunda qol vursam, sevinəcəyəm. Təbii ki, “Visla” ilə oyunda yaxşı nəticəyə ümid edirəm. Qələbə olsa, pis olmazdı”.

0
0