Ramazan ayında futbolçulara xüsusi icazə
29.07.2010 - 13:57
Ramazan ayında futbolçulara xüsusi icazə
Almaniyada forma geyinən futbolçular müqəddəs Ramazan ayında orucu poza bilərlər. Apasport.az saytının məlumatına görə, bu məsələ Almaniyanın II divizionunda çıxış edən “Frankfurt” klubu üç futbolçusunu oruc saxladıqları üçün cərimələyəndən sonra gündəmə gəlib.
Klub qərarını futbolçularının oruc tutmalarının nəticələrinə mənfi təsir göstərməsi ilə əsaslandırıb. Bundan sonra müsəlmanların mərkəzi şurası Misirin “Əl-Əzhər” universitetinə müraciət edib. Həmin qurum müsəlman dünyasında baş ilahiyyat mərkəzi sayılır. Universitet qərara gəlib ki, müsəlman idmançılar imzaladıqları müqaviləyə əsasən oynamalıdırlar və orucu poza bilərlər. Almaniyadakı müsəlman icması və yerli ekspertlər də belə qənaətə gəlib.