“Qəbələ”nin sonuncu rəqibi müəyyənləşdi
29.07.2010 - 14:17
“Qəbələ”nin sonuncu rəqibi müəyyənləşdi
Yeni mövsümün hazırlığını Qəbələdə həyata keçirən “Qəbələ” sabah ikitərəfli oyunda gücünü sınayacaq. Əyalət təmsilçisinin növbəti sparrinq-rəqibi isə birinci divizionda mübarizə aparan “MKT-Araz” olacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, oyun iyulun 31-də və ya avqustun 1-də Qəbələdə baş tutacaq. Bu “Qəbələ”nin mövsümə hazırlıq müddətində keçirəcəyi sonuncu yoxlama oyunu olacaq.