Bunoza: “Qarabağ”la oyunda özümü göstərmək istəyirəm
29.07.2010 - 14:30
“Bu gün “Qarabağ”a qarşı oynayacağımı bilmirəm. Bu, baş məşqçinin qərarından asılıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Visla” klubunun müdafiəçisi Qordan Bunoza deyib.
Avroliqanın III təsnifat mərhələsində Ağdam təmsilçisi ilə bu gün ev oyununa çıxacaq krakovlular aparıcı müdafiəçisi Kleberin xidmətindən zədə üzündən istifadə edə bilməyəcək. “Visla”nın baş məşqçisi Henrik Kasperçak onu əvəzləməyə əsas namizəd kimi Bunozanı görür. Elə futbolçu da bunu təsdiqləyir: “Mənə elə gəlir ki, Kleber oynamaq səviyyəsində olmasa, baş məşqçi mənə şans verəcək. Əlbəttə, oynamağa hazıram. Mən “Qarabağ”la görüşdə özümü “Visla” azarkeşlərinə göstərmək istəyirəm. Ancaq onu da başa düşürəm ki, braziliyalı komanda yoldaşım meydana çıxa bilsə, məşqçi mənə ehtiyatda oturmağımı deyəcək”.
Kleberi əvəzləməyə digər namizədlər Draqan Paljiçlə Sezari Vilk sayılır. Xorvatiyalı Paljiç da əsas heyətdə yer alıb-almamağından bixəbərdir: “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyimi bilmirəm. Əgər baş məşqçi mənə göz qoyubsa, buna sevinəcəyəm. Meydana çıxsam, yəqin ki, solda oynayacağam. Ancaq bu, hər şey baş məşqçidən asılıdır”.
Uilk Kleberinin yer aldığı müdafiənin mərkəzində oynaya bildiyini söyləyib: “Həmin mövqedə Tom Jirsakiemlə birgə oynamışam. Ancaq nəzəri cəhətdən orta sahədə də çıxış edə bilərəm. Qarşımda duran vəzifə meydana çıxıb, komandama kömək etməkdir. Öz oyunumuza qiymət verə bilmərəm. Bunu məşqçilər edir. Mənim işim yüz faiz hazır olmaqdır”.

0
0