Andrey Şevçenko jurnalistin pul qabını oğurladı
29.07.2010 - 14:43
Andrey Şevçenko jurnalistin pul qabını oğurladı
Məşhur ukraynalı futbolçu Andrey Şevçenko oğurluq edib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun kapitanı Çempionlar Liqasının III təsnifat mərhələsində Belçikanın “Gent” klubu ilə evdəki oyundan sonra ukraynalı jurnalistin pul qabını oğurlayıb.

Zərərçəkən isə Şevçenkonun keçmiş sinif yoldaşı olub. Hadisədən az sonra portmanat geri qaytarılıb. Adı çəkilməyən həmkarımız Andreyin onunla zarafatlaşdığını düşünür: “Pul qabımda 6 min qriven var idi. Elə fikirləşməyin ki, həmişə diqqətliyəm. Ancaq efirdən öncə pul qabımı arxa cibimə qoydum ki, kadra düşməsin. Şevçenko isə sadəcə, mənimlə əyləndi”.