“İnter” tender elan etdi
29.07.2010 - 15:08
Bakının “İnter” klubunun rəhbərliyi gələn mövsümdə (2010/11 mövsümü) ev oyunlarının teleyayım hüququnun verilməsi ilə bağlı tender elan edir. Apasport.az saytının məlumatına görə, tenderdə iştirak etmək istəyən qurumlar təklifləri klubun email ünvanına ([email protected]) göndərə bilərlər. Tender iyulun 30-dan avqustun 5-dək davam edəcək.
Qeyd edək ki, gələn mövsümdən klublar yenidən ev oyunlarının yayım hüququnu müəyyənləşdirə biləcək.
Qeyd edək ki, gələn mövsümdən klublar yenidən ev oyunlarının yayım hüququnu müəyyənləşdirə biləcək.
0
0