“Fulhem” Hyuza tapşırıldı
29.07.2010 - 15:18
“Fulhem” Hyuza tapşırıldı
Mark Hyuz İngiltərənin “Fulhem” klubunun yeni baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, tanınmış uelsli mütəxəssis qarşıdakı 24 saatda London təmsilçisinin yeni çalışdırıcısı kimi təqdim olunacaq.

Hyuz klubun sahibi olan ərəb şeyxi Məhəmməd Əl Fayedin baş məşqçi postunda “Liverpul”un sükanı arxasına keçən Roy Hocsonu əvəzləmək təklifini qəbul edib. Ötən ilin dekabrında “Mançester Siti”dən qovulan Hyuza yeni klubunda ildə 2 milyon avro məvacib təklif olub. Həmin məbləğ “Ayaks”ın baş məşqçisi Martin Yola da təklif edilsə də, o, Hollandiyada işini davam etdirməyi üstün tutub.