“İnter” “Qalatasaray”ın futbolçusu uğrunda mübarizəyə girişdi
29.07.2010 - 16:10
Türkiyənin “Qalatasaray” klubunun braziliyalı futbolçusu Elano Blumerin müştəriləri artır. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi olan İtaliyanın “İnter” klubu 29 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer uğrunda mübarizəyə girişib. “İnter”in yeni baş məşqçisi Rafael Benites keçidin əsas təşəbbüskarıdır. İspan mütəxəssis millisinin da əsas heyət oyunçularından olan Elanonu yarımmüdafiənin mərkəzində oynatmaq istəyir. “İnter”in əsas rəqibləri Rusiyanın MOİK və “Rubin” klublarıdır. Hər iki Premyer Liqa təmsilçisi Blumerlə ciddi maraqlanır. Transferin məbləği 9 milyon avro qiymətləndirilir.
0
0