Arda Turan: Avropada birinci, dünyada ikinci!
29.07.2010 - 16:47
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünyanın ən populyar oyunçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Konfederasiyalar üzrə aparılan səsvermədə “Qalatasaray”ın iki futbolçusu fərqlənib.
“Cim Bom”un avstraliyalı yarımmüdafiəçisi Harri Kyuell (9400 səs) Okeaniyanın ən məşhuru, kapitanı Arda Turan (91887) isə Avropanın ən populyar futbolçusu sayılıb. 23 yaşlı yarımmüdafiəçi ən yaxın izləyici olan polşalı Mihael Jevlyakovu (53939) xeyli qabaqlayır.
Perulu Xuan Varqas (44338) Cənubi Amerikanın, misirli Məhəmməd Abutreyka (84470) Afrika, ərəbistanlı Yaser Əl-Qahtani (35499) Asiyanın, honduraslı Karlos Alberto Pavon (195182) isə Mərkəzi-Şimali Amerikanın ən populyar futbolçusu olub.
Mayda Avstriyada yoldaşlıq görüşündə yığmamıza qarşı oynamış Pavon dünyanın ən populyar futbolçusu seçilib. Arda bu siyahıda 2-ci yerdə qərarlaşıb.

0
0