Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi
29.07.2010 - 17:10
Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi
“Xəzər-Lənkəran” daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bu gün rumıniyalı futbolçu Stanku Stelianla iki illik müqavilə imzalayıb.

28 yaşlı Stelian sağ cinah müdafiəçisi olsa da, yarımmüdafiənin sağ cinahında da oynaya bilir. Peşəkar futbolçu karyerasına 18 yaşında başlayan Stelian vətənində “Astra Ploeşti” (Ploeşti), “Sportu Studentesc” (Buxarest), “Styaua” (Buxarest), “Poli Timişoara” (Timişoara) və “Braşov” (Braşov) klublarında oynayıb.

“Styaua” və “Poli Timişoara” ilə çempionatının gümüş medalını, ikinci klubla ölkə kubokunu da qazanıb. Doğma dili ilə yanaşı, ingilis dilində danışan Stelianın evlidir, bir qızı var.

Qeyd edək ki, Stanku yaxınlarda “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin edilən həmyerlisi Mirça Rednikin ilk rumıniyalı transferidir.