“İki qələbə qazanıb, mübarizəni dayandırmaq üzücüdür”
29.07.2010 - 23:06
“Bakı” klubunun Bosniya və herseqoviniyalı futbolçusu Saşa Kaykutun apasport.az saytına müsahibəsi
- Artıq neçə vaxtdır Bakıdasınız. Avropa Liqasının II təsnifat mərhələsinfə dübet etdiniz və rəqib qapısına yol tapdınız. Necə düşünürsünüz, “Bakı”ya tam uyğunlaşmısınızmı?
- Komandaya tam uyğunlaşmışam. Yeni oyunçular çox olsa da, çalışmışıq ki, komanda kimi formalaşaq. Mənim üçün adaptasiya dövrü tez keçdi. Artıq iki matçda meydana çıxmışam. Məncə, oyunumdan da komandaya tam uyğunlaşdığım anlaşılır.
- “Bakı” Avropa Liqasında keçirdiyi oyunlarda qələbə qazansa da, diqqətsizlikdən mübarizəni dayandırmalı oldu. Qələbə qazanıb, mərhələ adlamamaq futbolçulara necə təsir etdi?
- İki qələbə qazanıb, mərhələ keçə bilməmək üzücüdür. Əlbəttə bu, bizə pis təsir edib. Çalışacağıq ki, bunu Azərbaycan çempionu adını qazanmaqla kompensasiya edək. Artıq bütün diqqətimizi Azərbaycan çempionatına yönəltmişik.
- Artıq “Bakı” 4 günlük fasilədən sonra növbəti mövsümün hazırlığnı davam etdirdi. Məşqlər necə keçir? Havanın isti olması sizə mənfi mənada təsir etmir ki?
- Xeyr. Məşqlər də yüksək səviyyədə keçir. İstər məşqlərdə, istərsə də oyunlarda oyunçular yüz faiz bacardıqlarını ortaya qoyurlar ki, komandaya xeyir verə bilsinlər. Biz futbolçuyuq, isti və ya soyuq havaya baxmırıq. Çıxıb məşqimizi edirik.
- Azərbaycana gəlmədən “Bakı”, ümumiyyətlə futbolumuz haqda nə bilirdiniz?
- Bakı gözəl şəhərdir. Yaxın dostlarımdan biri Aleksandr Soliç karyerasını “Bakı”da davam etdirir. Bura gəlmədən əvvəl onun vasitəsilə müəyyən məlumat əldə etdim. Ondan əlavə, internet vasitəsilə də “Bakı” haqda ətraflı informasiya öyrəndim.
- Komandada şərait necədir? Buradakı şərait sizi qane edir?
- Çox gözəl bazamız var. Futbolçular üçün hər cür şərait yaradılıb. Bazada gözəl gün keçiririk, darıxmırıq. Özünüz də gördüyünüz kimi, bazamızın inşaatı hələ də davam edir. Buradakı şərait məni tam qane edir.
- “Bakı”da ilk oyununuzdaca qol vurdunuz. Məhz sizin vurduğunuz qoldan sonra “Bakı” “Buduçnost”la ilk oyunda əvvəlcə bərabərliyi əldə etdi, daha sonra qələbə qolunu vurdu. Növbəti mövsümdə məqsədiniz nədir? Neçə qol vurmağı planlaşdırmısınız?
- Mövsüm ərzində neçə qol vuracağımız deyə bilmərəm. Mən hücumçuyam. Çalışacağam ki, çox qol vurum. Düzdür, qol vurmaq üçün də komanda yoldaşlarıma imkan yaradacağam. Kimin qol vurmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, komandamıza xeyir verə bilək.
- Artıq yeni mövsümün başlamasına 10 gündən də az vaxt qalıb. Maraqlıdır, sizcə çempionluq əsasən hansı komandalar arasında gedəcək?
- Məncə, bu mövsüm çempionluq yarışı 4-5 komanda arasında gedəcək. “İnter”, “Neftçi”, “Xəzər-Lənkəran” komandaların adlarını çəkə bilərəm. Hansı ki, bu komandalar çox iddialıdırlar. Onlardan əlavə, “Qəbələ”ni unutmaq olmaz. Yaxşı heyət qurublar. Təbii ki, Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ” da iddialı olacaq.

0
0