Vinfred Şafer təkzib edir: Juninyo komandada qalacaq
29.07.2010 - 23:11
“Son vaxtlar mətbuatda Junior Osvaldo Martinsin “Bakı” tərk edəcəyi barədə xəbərlər həqiqəti əks etmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın baş məşqçisi Vinfrid Şafer deyib.
Son vaxtlar ölkə mətbuatında “Xəzər-Lənkəran”dan transfer olunan braziliyalının komandanı tərk edəcəyi xəbəri yayılsa da, “Bakı”nın almaniyalı baş məşqçisi iddiaları əsassız sayır. O, yaxın günlərdə 28-ci doğum gününü qeyd edən Juninyionun komandada qalacağını vurğulayıb: “Juninyo yaxşı oyunçudur və komandada qalacaq. Komandadan kimin gedib, kimin qalacağı qərarını baş məşqçi verir, mətbuat yox”.
Almaniyalı mütəxəssis braziliyalı legionerin çıxışından razı qaldığını və növbəti mövsümə hazır olduğunu deyib: “Junior Osvaldo xeyli vaxt idi zədəli idi. Artıq zədəsini bərpa edib. Məşqlərdə səylə çalışır. Fiziki cəhətdən də yaxşı səviyyədədir. Qarşıdakı bir həftədə onun hazırlığına xüsusi diqqət verəcəyəm. Ancaq onu deyim ki, Juninyo komandada qalacaq. Heç yerə getməyəcək”.

0
0