Şafer yerli futbolçu axtarır
29.07.2010 - 23:25
Şafer yerli futbolçu axtarır
Növbəti mövsümün hazırlığını davam etdirən “Bakı”nın planlarında dəyişikik olub. Apasport.az saytının məlumatına görə, avqustun 1-də Zabrat qəsəbə stadionunda “İnter”lə yoxlama görüşü keçirməli olan ölkə kubokunun qalibi çempionu öz bazasında qəbul edəcək.

Avqustun 1-də keçiriləcək oyun saat 19:00-da “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. “Zolaqlılar”ın almaniyalı baş məşqçisi Vinfred Şafer “İnter”lə oyunda çempionatda güvənəcəyi 3 yerli futbolçunu müəyyənləşdirəcək. Belə ki, cari mövsümdə 8+3 legioner limitinin tətbiq olunması Şaferin axtarışlar etməsinə səbəb olub.

Hələ də güvənəcəyi yerli futbolçuları müəyyənləşdirmədiyini bildirən təcrübəli mütəxəssis bunları deyib: “Səylə növbəti mövsümə hazırlaşırıq. Bu məşqlər bizim üçün çox önəmlidir. Çünki Avropa Liqasından fərqli, ölkə çempionatında 3 yerli futbolçu oynatmaq məcburiyyətindəyik. Çalışırıq ki, ən layiqlilərini tapıb lazımı mövqedə oynadaq. Hələlik hansı yerli futbolçulara şans verəcəyimi müəyyənləşdirməmişəm. Ayın 1-də “İnter”lə yoxlama görüşü məhz buna hesablanıb. Həmin yoldaşlıq oyununda çempionatda güvənəcəyim yerli futbolçuları müəyyənləşdirəcəyəm”.