Qurban Qurbanov: Bu qələbəyə görə heç də təəccüblənmirəm
30.07.2010 - 01:05
“Mənim üçün çox maraqlı görüş oldu. Biz çox güclü komandaya qarşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi bu gün Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Polşada “Visla” üzərində 1:0 hesalı qələbə qazandı. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, komandası qələbəyə layiq idi: “Bizim fərqlənmək üçün bir çox imkanlarımız oldu. Bunoza qırmızı vərəqə alandan sonra açıq oyun getdi. Rəqib komandanı dərindən təhlil edib, qarşılaşmaya ciddi hazırlaşmışdıq. Bu səbəbdən qazanılan qələbəyə görə heç də təəccüblənmirəm”.

0
0