Elvin Əliyev: Bu il bizim qarşımızda dayanan komanda olmayacaq
30.07.2010 - 10:29
“Şükür Allaha, zədəm artıq tam sağalıb. Bir həftədir komanda ilə birgə məşq edirəm. Uzun müddət zədəli olmağım komanda yoldaşlarımla müqayisədə fiziki cəhətdən geri qalmağıma səbəb olub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib.
Ötən mövsümün sonlarına yaxın ayağında çat əmələ gələn Əliyevin komandası ilə təlim-məşq toplanışında iştirak edə bilməməsi fiziki cəhətdən geri qalmasına səbəb olub. Ancaq bu məqam 26 yaşlı futbolçunu narahat etmir: “Çempionatın başlamasına az qalıb. Çalışacağam ki, AZAL-la oyunadək fiziki vəziyyətimi düzəldib, heyətdəki yerimi qaytarım. Bilirsiniz ki, Almaniyadakı təlim-məşq toplanışında trenajor zalında öz üzərimdə çalışırdım. Yəni zədəli olmağıma baxmayaraq, məşqsiz qalmamışam. Topla daha çox çalışmalıyam ki, əvvəlki hissiyyatımı qaytarım”.
Növbəti mövsümdə də qarşısına hər iki cəbhədən uğurlu çıxış etmək məqsədi qoyan “Bakı” qurduğu güclü heyətlə diqqət çəkir. Elvin Əliyev də bu məqama toxunaraq, komandasının ötən illə müqayisədə daha güclü olduğunu deyib. O, komandasının növbəti mövsümdəki şansını dəyərləndirib: “Komandamızın Avropa Liqasında “Buduçnost”la necə gözəl oyun nümayiş etdirdiyini hamı gördü. Komandamız ötən illə müqayisədə daha da güclənib. Yenə də çempionluğu və ölkə kubokunu qazanmağa əsas namizəd bizik. Hansı komandanın necə heyət qurması, hansı baş məşqçini gətirməsi bizim üçün elə də maraqlı deyil. Çünki çox görmüşük gəlib-gedənlər. “Bakı” həmişə bir nömrəli komanda olub. Bir sözlə, bu il “Bakı”nın qarşısında dayanan komanda olmayacaq”.

0
0