Rafal Boquski: Bu məğlubiyyətin əvəzini Bakıda çıxmalıyıq
30.07.2010 - 11:31
“Qarabağ”la oyun bizim üçün yaxşı alınmadı. İndi “Visla” gələn həftə cavab görüşündə bunun əvəzini çıxmalıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avroliqada məğlub etdiyi (1:0) Polşanın “Visla” klubunun futbolçusu Rafal Boquski deyib.
Rafal ev oyununda zəif təsir bağışladıqlarını etiraf etsə də, bunun səbəbini göstərə bilməyib: “Məğlubiyyətimizə izah tapa bilmirəm. Mənim bəraət qazanmağımıza əsasım yoxdur. İndi yalnız Azərbaycanda özümü yaxşı tərəfdən göstərmək qalır. Axı “Qarabağ”la hələ bir oyunumuz da var. Ona yaxşı hazırlaşmalı, başımızı aşağı salmamalıyıq”.
İlk görüşdə yarımmüdafiənin sağ cinahında oynayan Boquski mövqeyindən narazı qalıb: “Bu, mənim meydanda sevimli yerim deyil. Mən tipik sağ cinah yarımmüdafiəçisi deyiləm. Məcburiyyətdən başqa mövqedə oynamalı oldum. İlk hissədə böyük üstünlüyə malik olduq, nəsə yaratdıq. Son dəqiqədə nəhayət, qol vura bilərdik. Ancaq bundan yararlana bilmədik və final fitindən sonra uduzduğumun bəlli oldu”.

0
0