“Onlar özlərini həvəskar kimi aparırlar”
30.07.2010 - 11:44
“Bakı” klubunun almaniyalı baş məşqçisi Vinfred Şaferin apasport.az saytına müsahibəsi
- Artıq bir neçə gündür növbəti mövsümün hazırlığını davam etdirirsiniz. Əvvəlcə, istərdik hazırlıqla bağlı fikirlərinizi bildirəsiniz...
- Yüksək səviyyədə keçir. Hər şey planımıza uyğun şəkildə davam etdiririk. Komandadakı atmosfer məni qane edir. Çempionatın başlamasına az qalıb. Premyer Liqanın startına qədər bir yoxlama görüşü keçirməyi planlaşdırırıq. Avqustun 1-də “İnter”la oyunda futbolçularımın son hazırlığını nəzərdən keçirəcəyəm. Bilirsiniz ki, cari mövsümündən 3 yerli futbolçu oynatmaq şərti var. Məhz “İnter”lə matçda həmin futbolçuları müəyyənləşdirməyə çalışacağam. Hansılar rəqabətə hazır olarsa, onlara da şans verəcəyəm.
- “Bakı”nın Avropa Liqasında iki qələbə qazanıb, ancaq diqqətsizlik üzündən mərhələ keçə bilməməsi futbolçulara necə təsir edib?
- Təbii ki, psixoloji cəhətdən futbolçuları hazırlamaq çətindir. Artıq bu məsələ arxada qalıb. Unudub, gələcəyə baxmaq lazımdır.
- Komandanızı növbəti mövsümə tam hazır hesab etmək olarmı?
- Bəli, yeni mövsümə yüz faiz hazırıq. “Buduçnost”la keçirdiyimiz cavab oyununa diqqət yetirsək, siz özünüz də bunun şahidi ola bilərsiniz. Həmin oyunda komanda fantastik oyun nümayiş etdirdi. Rəqibin bizim qapıya doğru cəmi iki zərbəsi oldu ki, onun da biri qolla nəticələndi. Bizim daha 6-7 qol vurmaq üçün real şansımız olsa da, bunlardan istifadə edə bilmədik. Çalışacağıq ki, çempionatda yaxşı çıxış edək və qapımızı toxunulmaz saxlayaraq, qələbələr qazanaq.
- Maraqlıdır, narazı qaldığınız mövqe varmı?
- Heç bir mövqedən ciddi narazılığım yoxdur. Komandanın hər bir üzvünün canfəşanlığını məni qane edir. Çünki hamısı verdiyim tapşırıqları meydanda yüz faiz yerinə yetirirlər. İnanıram ki, sonuncu - “Buduçnost”la görüşdə olduğu kimi, hamı yumruq kimi birləşib, oyunlarda maksimum gücünü ortaya qoyacaqlar. Bu zaman istədiyimiz nəticəni qazanacağıq. Qarşımızda duran əsas məsələlərdən biri də yerli futbolçuların sayını artırmaqdır. Ancaq real danışmaq lazımdır, bu, bu günün işi deyil. Biz bunu “Bakı”nın, Azərbaycan futbolunun gələcəyi üçün düşünürük. Çalışacağıq ki, getdikcə heyətdəki yerli oyunçuların sayını daha da artıraq. Misal üçün, komandamızda Bəxtiyar Sultanov, Əziz Quliyev kimi cavanlar var. Hər ikisi perspektivlidir. Ancaq onlar daha peşəkar olmalıdırlar. Futbola həvəskar yanaşmamalıdırlar. Futbolda istedadlı olmaq kifayət etmir. Demək istədiyim odur ki, hər ikisinin istedadı olsa da, bəzən özlərini həvəskar kimi aparırlar. Bu dəqiqə onların elə vaxtlarıdır ki, meydana çıxmaq üçün, əsas heyətə düşmək üçün alışıb-yanmalıdırlar.
- Komandada qalacaq və gedəcək futbolçular müəyyənləşibmi?
- Venio bizimlə məşqlərdə iştirak etsə də, onunla yollarımızı ayırmışıq. Sadəcə, formasını itirməmək üçün məşqlərə qatılır. Komandanı tərk edəcək digər futbolçu Əhmət Ticanidir. Hər ikisi ilə vidalaşmışıq. O ki, qaldı Junior Martinsin komandanı tərk edəcəyinə, bu yalandır. Onun çıxışı məni tam qane edir və komandada qalacaq. Heyətdə başqa dəyişiklik olmayacaq.
- Çempionatda şansınızı necə qiymətləndirirsiniz?
- Əsas məqsədimiz ilk “altılığ”a vəsiqə qazanmaqdır. Ondan sonra təbii ki, çempionluq haqda düşünəcəyik. Mənim üçün əsas komandamda qələbə ruhunun olmasıdır. İstəyirəm ki, meydana çıxanda, ancaq qələbə haqda fikirləşsinlər.
- Çempionatda, uzun marafonda hansı komandaları əsas rəqibiniz hesab edirsiniz?
- Məncə, çempionluq 5 komanda arasında gedəcək. Bizimlə yanaşı, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qarabağ” çempionluğun əsas namizədləridir. Əlbəttə, “Qəbələ”ni də hesabdan silmək olmaz. Bizim kimi, digər komandalar da qarşısına çempion olmaq, yüksək yerlər tutmaq məqsədi qoyub. Təbii ki, bu da çempionatın daha gərgin və baxımlı keçməsinə səbəb olacaq.

0
0