“Fərid heyətə düşmək üçün çalışmalıdır”
30.07.2010 - 12:59
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Türkiyə reallaşdırdınız toplanışı barədə nə deyə bilərsiniz?
- Bu mövsüm öncəsi son toplanış idi. Əsas üstünlüyü yoxlama görüşlərinə vermişdik. Məqsədimiz həm əsas heyəti müəyyənləşdirmək, həm də taktiki gedişlər üzərində işləmək idi. Oyunlar normal keçdi. Uşaqlar məşq prosesində özlərini yaxşı tərəfdən göstərdilər. Toplanışdan razı qaldığımı deyə bilərəm.
- Son matçı “Qaziantep Böyükşehir Bələdiyyəspor”a qarşı keçirdiniz. Məğlub olmağınızın səbəbi nə idi?
- Əvvəlki iki qarşılaşmada əsas heyətdə şans verəcəyim futbolçuları meydana buraxdım. Son oyunda da 1:0 hesabı ilə irəlidə olduğumuz zaman heyətdə 7 dəyişiklik etdim. Bir daha bütün futbolçuları yoxlamaq istədim. Nəticə vacib deyildi.
- Səfərdən əvvəl heyətə yeni futbolçuların qoşulacağını bildirmişdiniz. Kimlərlə anlaşdınız?
- Flavinyo komandaya qoşuldu. Ona hər 3 matçda şans verdim. Birincidə yorğun olduğu üçün cəmi 30 dəqiqə oynadı. Braziliyalını bir neçə mövqedə sınadım. Mövsümün sonuna qədər icarə əsasında komandamızın formasını geyinəcək. Razı qalsaq, keçidi barədə klubu ilə danışıqlar aparacağıq.
- Artıq Unibank Premyer Liqasının püşkü atılıb. İlk turda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqib barədə nə deyə bilərsiniz?
- “Qarabağ” formalaşmış komandadır. Bizdən fərqli, futbolçuları 2 ildir bir yerdə oynayırlar. Ancaq “Neftçi” mövsümlərarası fasilədə heyətinin 70 faizini dəyişib. Əlbəttə, hər bir məşqçi ilk turda nisbətən zəif komanda ilə qarşılaşmaq istəyir. Ancaq gec-tez onlarla da oynayacağıq. Maraqlı qarşılaşmanın keçəcəyinə inanıram.
- Mövsümlərarası fasilədə heyətinizə qatdığınız futbolçulardan biri də Fərid Quliyev oldu. Ancaq çempionatın bombardiri olan Quliyev yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu nə ilə bağlıdır?
- Heyətdə olan bütün futbolçulara özlərini göstərmələri üçün şans verilib. Bu gün komandada güclü rəqabət var. Hər mövqedə oynaya biləcək ən azı 2 futbolçumuz var. Fəridə Avstriyadakı oyunlarda şans verdik. Ondan sonra komandaya qoşulan Bahodir Nasimov isə demək olar bütün görüşlərdə qol vurmağı bacardı. Biz də əsas heyətdə ona şans verməyi düşünürük. Ancaq çempionat uzun marafondur. Fərid əsas heyətə düşmək üçün mübarizə aparmalıdır. Bu tək ona yox, bütün futbolçulara aiddir.
- İstədiyiniz heyəti qura bilmisinizmi?
- Hücum xəttini gücləndirmək üçün daha bir futbolçuya ehtiyac var. Hazırda danışıqlar gedir. “Transfer pəncərəsi” avqustun 31-də bağlanacaq. Ona qədər həmin oyunçunun keçidini rəsmiləşdirməyə çalışacağıq. Ad çəkməsəm də, yeni transferimizin əcnəbi olacaq.
- Rəqiblərinizi yenidən Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəksiniz?
- Biz həm mərkəzi, həm də Bakıxanov qəsəbə stadionundan istifadə edəcəyik.
- Mərkəzi arenaya dönməklə, azarkeşləri geri qaytarmaq istəyirsiniz?
- Bəli, öz oyunumuzla azarkeşlərimizi yenidən stadionlara qaytarmaq niyyətindəyik.

0
0