Polşa mətbuatı “Qarabağ”dan yazır
30.07.2010 - 13:13
“İki il əvvəl ağlımıza gətirməzdik ki, öncə Estoniya, sonra isə Azərbaycan klublarına uduzarıq. Amma görünür gələcəkdə hələ bundan da pis ola bilər”. Apasport.az saytının məlumatına görə, Polşa mətbuatı “Visla”nın öz meydanında “Qarabağ”a məğlubiyyətini belə analiz edib.
Həmkarlarımızın yazdıqlarına əsasən, ötən il “Levadiya”ya (Estoniya) məğlubiyyətlə mübarizəni dayandıran Krakov təmsilçisi bu dəfə də eyni aqibəti yaşayacaq: “Bu, son 2 həftədə azərbaycanlılara ikinci məğlubiyyətimizdir. “İnter”in penaltilərdə bəxti gətirməsə də, “Qarabağ” “Visla”ya həmyerlilərinin aqibəti yaşatmağa yaxındır. Başa düşə bilmirik ki, baş məşqçi Henrik Kasperçak necə komanda ilə qarşılaşmaq istəyir? Rəqib həmişə bizdən həm yığma, həm də klub səviyyəsində zəif olsa da, qarşılaşmada heç nə ilə yadda qalmadıq. Belə davam edərsə, növbəti il San-Marino, Andorra və Farer adalarının təmsilçiləri də bizdən güclü olacaqlar. Bunu son illərdə “Visla”nın Avropada çıxışı vəd edir.”
“Qarabağ”ın rahat oynamasını önə çəkən Polşa mətbuatı belə məğlubiyyətdən sonra komanda barədə yazmağı özlərinə ayıb hesab ediblər: “Təbii ki, belə məğlubiyyətdən sonra xəcalət çəkən yalnız komandanın azarkeşləri olurlar. Futbolçular isə özləri üçün oyundan sonra yeni vədlər verməkdə davam edirlər. Azarkeşləri aldatmaq kifayət edər. Qorxuludur ki, yenə də sentyabrda Avroliqada çıxışımızı başa vuraq”.
Qeyd edək ki, “Qarabağ” və “Visla” arasında cavab oyunu avqustun 5-də Bakıda keçiriləcək.

0
0