“Həmin epizodda top Rəşadın əlinə dəymişdi”
30.07.2010 - 13:42
“Həqiqətən də çox ağır oyun keçdi. Qol vurmaq üçün imkanlarımız olsa da, yalnız birindən istifadə etdik. Düzdür, rəqib də fərqlənə bilərdi. Bakıda baş tutacaq qarşılaşmanın daha gərgin keçəcəyini düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Visla” ilə qarşılaşan “Qarabağ” çətin qələbə qazandı. Düzdür, polşalılar matçın sonunda tarazlığı bərpa edə bilərdilər. Ancaq Vəliyev inamlı oynayaraq, Matey Juravskinin 11 metrlik zərbəsini dəf etdi. O, bildirib ki, penaltini geri qaytaracağına inanırmış: “Özümüzə inanırdıq. Penalti epizodunda topu geri qaytaracağımı düşünürdüm. Belə də oldu”.
Qeyd edək ki, Vəliyev qarşılaşmadan əvvəl rəqibi “Qarabağ”dan güclü saymamışdı. Qapıçı yenə də həmin fikirdədir: “Visla” bizdən üstün deyildi. Qarşılaşmaya baxanlar bunun bir daha şahidi oldular. Onlardan da güclü komandalarla qarşılaşmışıq. Oyun göstərdi ki, səfərdə də “Visla”nı yenə bilərik”.
Milli komandamızın da şərəfini qoruyan qapıçı oyunun gedişi zamanı, Rəşad Sadıqov yerə yıxılarkən topun onun əlinə dəyib-dəymədiyinə də aydınlıq gətirib: “Həmin epizodda Rəşad topu beli ilə qaytardı. Bu vaxt top azacıq da olsa, Sadıqovun əlinə dəydi. Lakin bu cür epizodda penalti təyin etmirlər. Fikrimcə, hakim həmin vaxt düzgün qərar verdi”.

0
0