Juninyo: “Bakı” və “Xəzər-Lənkəran”ı müqayisə etsəm, məni səhv başa düşərlər
30.07.2010 - 13:59
Juninyo: “Bakı” və “Xəzər-Lənkəran”ı müqayisə etsəm, məni səhv başa düşərlər
“Bakı”ya transfer olunmazdan əvvəl bu komanda haqda hər şey bilirdim. Çox gözəl şəraitə malikdir”. Bu sözləri apasport.az saytına açıqlamasında mövsümün sonunda “Xəzər-Lənkəran”dan “Bakı”ya keçən braziliyalı futbolçu Junior Osvaldo Martins – Juninyo deyib.

Yay transfer dövründə Lənkərandan Bakıya üz tutan cənubi amerikalı legioner yeni komandasındakı şəraitdən danışıb. 28 yaşlı yarımmüdafiəçi sabiq və hazırkı klublarını müqayisə etməkdən boyun qaçırıb. Juninyo nəyə görə “Bakı”ya keçməsinə də aydınlıq gətirib: “Buradakı şərait və “Bakı”nı “Xəzər-Lənkəran”la müqayisə etmək istəmirəm. Etsəm, məni səhv başa düşərlər. Hər iki komandada yaxşı şərait var. “Bakı”nı ailəmə görə seçmişəm. Komandada cənubi amerikalıların çox olması da, transferimə təkan verdi”.

Juninyo son vaxtlar adının “Bakı”dan göndəriləcək futbolçular sırasında olmasını qəbul etmir: “Klubdan gedəcəyimlə bağlı yayılan xəbərlər yalandır. Burda yaxşı oyun nümayiş etdirərək, böyük uğurlar qazanmaq istəyirəm. Baş məşqçimiz Vinfred Şafer də mənim çıxışımdan razı qaldığını bildirib. Belə olan halda, “Bakı”nı niyə tərk etməliyəm?”