Zinəddin Zidan Fransa yığmasına qayıtmağa razılıq verdi
30.07.2010 - 14:29
Məşhur futbolçu Zinəddin Zidan Fransa yığmasına qayıdır. Apasport.az saytının məlumatına görə, DÇ-2006-dan sonra futbolçu karyerasını bitirən 38 yaşlı keçmiş yarımmüdafiəçi millinin yeni baş məşqçisi Loran Blana kömək edəcək.
Blan yetirmələrinin Avro-2012-in oyunlarına əlavə motivasiya etməyin üslubunu tapıb. O, dəyərli təcrübələrini bölüşmək üçün Fransa futbolunun ulduzlarını dəvət etməyi qərara alıb. Bu mənada ilk qonaq məhz Zidandır. O, keçmiş komanda yoldaşına sentyabrın 3-də və 7-də keçiriləcək Belarus və Bosniya və Herseqovina ilə oyunlarda kömək etməyə razılıq verib.
Qeyd edək ki, Zidan Blanla birgə Fransa yığmasının futbolçuları kimi dünya və Avropa çempionluğunu qazanıb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0