“Qarabağ” üçün yeni şərik
30.07.2010 - 14:56
Bir illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq MOİK ev oyunlarını harada keçirəcəyini dəqiqləşdirib. Komandanın rəisi Akif İbadovun apasport.az saytına verdiyi məlumata görə, “hərbçilər” rəqiblərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edəcək: “Əvvəlcə ev oyunlarımızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirmək istəyirdik. Lakin adıçəkilən stadionun qazonu “yanıb”. Buna görə də, arena təmirə dayandırılıb. Biz də Suraxanı stadionuna üz tutduq”.
Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksinin stadionu da təmirə dayandırıldığından “Qarabağ” ev oyunlarını yenidən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirəcək. Ancaq İbadov burada heç bir problem görmür: “Sabah stadion rəhbərliyi ilə danışacağıq. “Muğan”la I turda adıçəkilən məkanda qarşılaşacağımız dəqiqdir”.
Qeyd edək ki, MOİK-in stadionu təmirə dayandırıldığından, komanda I divizion çərçivəsində ev oyunlarını “Şəfa” stadionunun IV meydançasında keçirib.

0
0