“Neftçi” - “Qarabağ” matçı saat 21:00-da!?
30.07.2010 - 15:08
“Neftçi” Unibank Premyer Liqasının I turunda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi planlaşdırıb. Mərkəzi arenanın direktoru Akif İsmayılov apasport.az saytına bildirib ki, paytaxt təmsilçisinin rəhbərliyi təqvimlə avqustun 8-də keçirilməli olan həmin görüşün axşam baş tutmasını istəyir: “Düzdür, “Neftçi” ilə hələ müqavilə imzalamamışıq. Buna baxmayaraq, onlar artıq I tur çərçivəsində “Qarabağ”la keçirəcəkləri matçın sifarişini veriblər. Hətta oyuna azarkeş marağını artırmaq məqsədi ilə gec başlanması nəzərdə tutulub. Belə ki, “Neftçi” oyunun saat 21:00-da keçirilməsini istəyib”.
Qeyd edək ki, hələlik Peşəkar Futbol Liqası rəsmi olaraq oyunların başlama saatını açıqlamayıb.
Qeyd edək ki, hələlik Peşəkar Futbol Liqası rəsmi olaraq oyunların başlama saatını açıqlamayıb.
0
0