3 yığmanın nümayəndəsi Azərbaycan - Küveyt oyununu izləyəcək
30.07.2010 - 15:21
Azərbaycan yığmasının növbəti oyunu Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərinin diqqət mərkəzində olacaq. Apasport.az saytının məlumatına görə, millimizin avqustun 11-də Küveytlə yoldaşlıq görüşünü üzləmək üçün eyni qrupda yer alan yığmaların üçünün nümayəndəsi Bakıya gələcək. Millimizlə bağlı məlumat toplamaq üçün Avstriya üç, Türkiyə və Belçika isə bir nümayəndəsini həmin görüşə göndərəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, yığmamızın qrupda digər rəqibləri Almaniya və Qazaxıstandır.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamızın qrupda digər rəqibləri Almaniya və Qazaxıstandır.
Mənbə: affa.az
0
0