Ronaldo karyerasını bitirəcəyi vaxtı açıqladı
30.07.2010 - 15:58
Məşhur braziliyalı futbolçu Ronaldo karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, vətənində “Korintians” klubunda forma geyinən “Yekədiş” ləqəbli 34 yaşlı hücumçu yaşıl meydanda çıxışını gələn il başa vurmağı qərara alıb.
İki dəfə dünya çempionluğu və “Qızıl top”u qazanan Ronaldonun karyerasının əsas uğurları Avropada – “Barselona”, “İnter”, “Real”, “Milan” klubunda oynayan zaman olub.
Karyerası boyu dizində ağır zədələrdən əziyyət çəkən futbolçu artıq bərpa olunub. O, Libertadores kubokunda Uruqvayın “Rasinq” klubu ilə görüşdə iştirak edə biləcək.

0
0