“İnter” və “Qarabağ”ın Polşadakı qələbələrində oxşar məqamlar
30.07.2010 - 16:12
Azərbaycan klubları Polşa təmsilçilərinə qalib gəlməyin yolunu tapıb. Apasport.az saytının hesablamalarına görə, komandalarımızın “pan”lar üzərində avrokuboklarda səfərdə qazandığı son iki qələbədə maraqlı məqamlar var.
Belə ki, “İnter” Çempionlar Liqasında “Lex”, “Qarabağ” Avroliqada “Visla” üzərində 1:0 hesablı qələbəni düzgün əvəzetmə, daha doğrusu, hücumçularını dəyişməsi sayəsində qazanıb. “Bankirlər”in gürcü baş məşqçisi Kaxaber Sxadadze Poznan şəhərində keçirilən görüşün 81-ci dəqiqəsində “baltikyanı yerdəyişmə” etdi. Yəni litvalı Robertas Poşkus yerini latviyalı Girts Karlsonsa verdi. Bundan cəmi 3 dəqiqə sonra Karlson qələbə topunu vurdu. Düzdür, “Lex” oyun sonrası penaltilər seriyasında üstün olduğu üçün bu, ümumi qələbəyə yetmədi. Ancaq istənilən halda, bu, klublarımızın Polşa təmsilçiləri üzərində ilk qələbəsi kimi tarixə düşdü.
“Qarabağ”ın uğurunda isə əcnəbilər yox, yerli futbolçular rol oynadı. Komandanın baş məşqçisi Qurban Qurbanov Krakovdakı görüşün 69-cu dəqiqəsində yığmamızın bir üzvünü digəri ilə - Rauf Əliyevi Vüqar Nadirovla əvəzlədi. Bunun bəhrəsi isə daha tez oldu. Belə ki, Vüqar cəmi 15 saniyə sonra, topa ilk toxunuşunda qapıdan keçirdi. Özü də “Qarabağ”ın qolunu təmsil etdiyi Ağdamın yeganə yetirməsinin vurması, bunun çəkisini xeyli artırır.
Göründüyü kimi, polşalılara qalib gəlmək üçün meydana yeni hücumçu buraxmaq lazımdır və Karlson da Poşkus kimi öz yığmasının üzvüdür.
Qeyd edək ki, klublarımız 1996-cı ildən avrokuboklarda görüşdükləri Polşa təmsilçilərini bu iki qələbəyə qədər heç vaxt yenə bilməmişdi.
Mehman SÜLEYMANOV

0
0