“Real” növbəti transferini reallaşdırdı
30.07.2010 - 16:24
Madrid “Real”ı növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ispanlar Almaniya yığmasının və “Ştutqart”ın üzvü Sami Hedira ilə 2015-ci ilədək müqavilə imzalayıb. 14 milyon avroya transfer olunan futbolçu İspaniyada ilinə 3 milyon avro alacaq.
“Ştutqart”ın idman direktoru Fredi Bobiç komandanın liderinin Almaniyanı tərk etməsinə təəssüf hissi keçirsə də, ona gələcəkdə uğurlar arzulayıb: “Hedira əsl liderdir. Sadəcə biz onu buraxmaq məcburiyyətində qaldıq. Yəni Saminin “Real” klubuna keçidinə maneçilik törətmədik. Sabiq futbolçumuza gələcək karyerasında uğurlar arzulayırıq”.

0
0