“Qəbələ” mətbuat konfransı keçirəcək
30.07.2010 - 16:38
“Qəbələ” mətbuat konfransı keçirəcək
Avqustun 2-də “Qəbələ” klubu mətbuat konfransı keçirəcək. Apasport.az saytının xəbərinə görə, Bakıda “Qafqaz Point Hotel”də təşkil ediləcək tədbir saat 11:30-da başlanacaq. Konfransın keçirilmə səbəbinə gəldikdə, klub yeni biznes tərəfdaşını ictimaiyyətə təqdim edəcək. Tədbirdə baş məşqçi Toni Adams da iştirak edəcək.