Püşk gələn həftə atılacaq
30.07.2010 - 16:53
Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi gələn həftə keçiriləcək. Apasport.az saytının xəbərinə görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Avqustun 6-da keçiriləcək tədbirdə əvvəlcə Çempionlar Liqasının püşkü atılacaq. Bu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Daha sonra Avropa Liqasında mübarizəni davam etdirən komandalar rəqiblərini tanıyacaqlar. Bu tədbir isə 16:30-da start götürəcək.
Qeyd edək ki, Çempionlar Liqasında təmsilçimiz yoxdur. “İnter” mübarizəni ikinci mərhələdə dayandırıb. Avropa Liqasındakı 3 klubumuzdan yalnız biri, “Qarabağ” mübarizəni davam etdirir. Ağdam klubu dünən III təsnifat mərhələsinin ilk oyununda Polşada “Visla”nın minimal hesablı məğlubiyyətə uğradıb. Cavab oyunu avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0
0