“Gəncə”də nigeriyalı futbolçu
30.07.2010 - 17:37
“Gəncə”də nigeriyalı futbolçu
Gürcüstandakı təlim-məşq toplanışını başa vuran “Gəncə” dünən vətənə dönüb. Apasport.az saytının xəbərinə görə, əyalət təmsilçisinin düşərgəsinə daha bir nigeriyalı oyunçu pənah gətirib. 21 yaşlı Abiodun Omotayo yarımmüdafiəçidir. Ondan başqa, Ukraynalı Andrey Vitoşinski, Vladimir Kozlenko, latviyalı Yanis Vaitkus da baş məşqçi Fuad İsmayılovun etimadını doğrultmağa çalışır.