1 milyon avro “Qarabağ”ı gözləyir!
30.07.2010 - 23:01
1 milyon avro “Qarabağ”ı gözləyir!
Avropa Liqasında uğurlu çıxış etməklə, qrup mərhələsinin bir addımlığında olan “Qarabağ” mərhələ adladıqca pul qazanır. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində mübarizə aparan komandalar üçün pul mükafatı ayırır.

Avropanın Ali Futbol qurumu UEFA kubokunun adını dəyişib Avropa Liqası etdikdən sonra statusda da müəyyən dəyişiklər etdi. Bu mərhələdə qələbə qazanan komandalar üçün ənam nəzərdə tutulmayıb. UEFA 2010-2011-ci il mövsümü üçün müəyyən etdiyi statusda mərhələ keçən komandalara 90 min avro mükafat verməyi qərara alıb. Artıq iki mərhələ adlayan “Qarabağ”ın UEFA-dan 180 min avro alacağı dəqiqləşib. Ağdam klubu “Visla”nı da mübarizədən kənarlaşdırdığı təqdirdə, daha 90 min avro əldə edəcək.

Qeyd edək ki, UEFA pley-off mərhələsinə qədər də eyni miqdarda məbləğ müəyyənləşdirib. Qurban Qurbanovun komandası qrupa düşəcəyi təqdirdə, 1 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 140 min avro, bərabərliyə görə klubun büdcəsinə 70 min avro daxil olacaq.