Raul Ronaldonun sözünü yerə salmadı
30.07.2010 - 17:21
“Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo növbəti arzusunu həyata keçirib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Raul Madridi tərk etdiyindən onun 7 nömrəli formasını Portuqaliya yığmasının üzvü geyinəcək.
O, bu formanı daşımaq üçün öncə Raula müraciət edib və müsbət cavab alıb. “Real”da 7 nömrəli formanı daşıyacaq futbolçu bildirib ki, bu rəqəm ona düşərlidir və növbəti mövsümü daha da uğurlu keçəcək.
Qeyd edək ki, ötən mövsüm Madrid klubuna transfer olunan futbolçu burada 9 nömrəli futbolkanı geyinsə də, yığmada 7 nömrə altında çıxış edir. O, hətta əvvəlki klubu - “Mançester Yunayted” də bu rəqəmi “daşıyıb”.

0
0