Katalin Doman “Xəzər-Lənkəran”la müqaviləni rəsmiləşdirdi
30.07.2010 - 21:32
“Xəzər-Lənkəran” heyətinə daha bir rumın futbolçu cəlb edib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, 22 yaşlı futbolçu Petre Katalin Domanla bu gün iki illik müqavilə imzalayıb.
Petre 18 yaşından peşəkar futboldadır. O, sol yarımmüdafiəçi mövqeyində oynayır və eyni zamanda sağ yarımmüdafiədədə özünü sərbəst hiss edir.
19 yaşlılardan ibarət Rumıniya milli yığmasının üzvü olub və bu qismdə 6 oyunda iştirak edib.
Azərbaycana gəlməzdən qabaq Doman Rumıniyanın “Daçia” (Mioveni) və “FC Argeş” (Piteşti) komandalarının şərəfini qoruyub.

0
0