“Xəzər-Lənkəran”da argentinalı futbolçu!
30.07.2010 - 22:01
“Xəzər Lənkəran” argentinalı futbolçu, mərkəz hücumçusu olan Dieqo Ruiz ilə anlaşıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, iki illik müqavilə bu gün komandanın ofisində imzalanıb.
1980-ci il təvəllüdlü Dieqo Ruiz peşəkar futbol karyerasını 18 yaşında başlayıb. İlk oynadığı klub ölkəsinin ikinci liqasında iştirak edən “Santelmo” olub. Daha sonra futbolçu Premyer Liqa komandalarında oynayıb: “Lanus” (Argentina), “Gent” (Belçika), “Atletiko” (Argentina), “Uaçipatu” (Çili).
Son üç il Ruiz Rumıniyanın “CFR” klubunun şərəfini qoruyub. Bu vaxt ərzində həmin klub iki dəfə çempion olub, Çempionlar Liqasında çıxış edib, üç dəfə Rumıniya kubokunun və iki dəfə bu ölkənin superkubokunun qalibi olub. Həmin ərəfədə futbolçu icarə əsasinda bir mövsümü (2009-2010) Türkiyənin “Kasımpaşa” klubunda keçirib.

0
0