“Visla” Əfran İsmayılova tələ qurubmuş
30.07.2010 - 23:10
“Visla” Əfran İsmayılova tələ qurubmuş
“Fərhad Vəliyevin penaltini dəf edəcəyinə inanırdıq. O, oyunun qəhrəmanı oldu. Qazandığımız qələbədə qapıçımızın əməzi danılmazdır. Buna görə ona təşəkkür edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

İyulun 29-da Krakovda “Visla”nı 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin futbolçusu rəqibin tələsindən xəbər tutub. Sən demə, Polşa klubu Əfranı zərərsizləşdirmək üçün oyunun gedişində əvəzetməyə əl atıb: “Visla”nın məşqçilər korpusu məni oyundan kənarlaşdırmaq üçün xüsusi plan tərtib etmişdi. Onlar heyətdə dəyişiklik etməklə, meydana buraxdığı futbolçuya sırf məni tutmağı tapşırmışdı. Mən də bunu nəzərə alıb fərdi oyuna deyil, komandanın qələbə qazanması üçün kollektiv oyuna üstünlük verdim. Şükürlər olsun ki, sonluq biz istəyən kimi oldu”.

Daha sonra cavab oyunu haqqında fikirlərini açıqlayan gənc futbolçu “Qarabağ”ın çətin sınağın gözlədiyini deyib: “Rəqibin itirəcəyi heç nə yoxdur. Ona görədə onlar bizi təzyiq altında saxlamağa çalışacaq. Bizi çətin sınaq gözləyir”.

Azarkeşlər barədə də fikirni açıqlayan 22 yaşlı yarımmüdafiəçi “Visla”nın azarkeşlərini nümunə göstərdi: “Onların oyununu təxminən 2 minə yaxın fanat izləyirdi. Bir dəqiqə susmaq bilmədilər. Komandalarını qələbəyə səsləyidilər. Bizim azarkeşlər də arenaya gəlirlər. Ancaq onlardan stadionu doldurmalarını və ən əsası sona qədər komandamızı dəstəkləmələrini istəyirəm”.