Rusiya klubu Rəşad Sadıqovla maraqlanır
30.07.2010 - 23:12
Rusiya klubu Rəşad Sadıqovla maraqlanır
“Qarabağ”ın Avropa Liqasında uğurlu çıxışı komandanın futbolçularına olan marağı artırıb. Apasport.az saytının xəbərinə görə, artıq bir neçə futbolçumuzun xarici klubların maraq dairəsinə düşdüyü deyilir ki, onların da başında Rəşad Sadıqov durur.

Milli komandamızın kapitanı Rusiya "Alaniya"sından ciddi təklif alıb. Vladiqafqaz klubu "transfer rəncərəsi" bağlanana kimi müdafiəçinin keçidini həll etmək istəyir.
Rəşaddan xəbərə reaksiya öyrənə bilməsək də, bizdə olan bilgiyə görə, o, "Qarabağ"ın avrokuboklardakı çıxışını yekunlaşdırmasını gözləyir. Komanda qrup mərhələsinə düşəcəyi halda, Sadıqov Ağdam klubunda qalacaq. Əks halda çoxsaylı təkliflərdən biri olan "Alaniya" variantı üzərində danışıqlar başlayacaq.

Mənbə: Ekspressfutbol” qəzeti