Azarkeş meydana çıxıb, İbrahimoviçi qucaqladı
30.07.2010 - 22:35
Azarkeş meydana çıxıb, İbrahimoviçi qucaqladı
Haməlum azarkeş "Barselona"nın forvardı Zlatan İbrahimoviçi Horveçin "Valerenqa"sı ilə yoldaşlıq matçı zamanı qucaqlayıb. Apasport.az saytının xəbərinə görə, oyun iyulun 29-da Osloda olub. İnsident isə matça əlavə edilmiş dəqiqələrdə baş verib və heç bir ciddi nəticəsi olmayıb.

Qaçıb meydana çıxan azarkeş İbrahimoviçə tərəf yüyürərək onu qucaqlayıb. Hakim oyunu saxlayıb, meydanda stadionun təhlükəsizlik xidmətinin əməkdaşları peyda olublar və fanatı çıxarıblar. "Barselona"nın 4:2 hesabıyla qalib gəldiyi oyunda CAR-dakı DÇ-2010-a qatılmış futbolçular iştirak etməyiblər.

"Valerenqa" ilə görüş katalon klubunun 2010/2010-cu illər mövsümünə hazırlıq çərçivəsində ilk yoldaşlıq oyunudu. "Barselona" ilk rəsmi oyununu avqustun 14 və 21-də İspaniya Superkubokuna qarşı "Sevilya" ilə keçirəcək.