Ronaldinyo ağır zədə aldı
30.07.2010 - 22:47
"Milan"ın hücumameylli yarımmüdafiəçisi Ronaldinyo zədələnib. Apasport.az saytının xəbərinə görə, məşqdə əzələsindən zədə alan braziliyalı futbolçunun bir ay meydanlardan kənar qalacağı bildirilir.
Dünən Ronaldinyo ətraflı tibbi müayinədən keçib. O, həftəsonu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək "Emirates Cup" kommersiya turnirinə qatıla bilməyəcək. Əgər futbolçunun müalicəsi gerçəkdən də bir ay davam edərsə, onda Ronaldinyo "Milan"ın A seriyasındakı start matçına qatıla bilməyəcək. Yeni mövsümdə "rossonyerlər" ilk oyununu avqustun 29-da "Leççe"yə qarşı keçirəcək.

0
0