Ballak: Əsas odur ki, zədə almayım
30.07.2010 - 22:59
"Bayer"in yarımmüdafiəçisi Mixael Ballak durumundan şikayətlənmir. Apasport.az saytının xəbərinə görə, hər şeyin plan üzrə getdiyini söyləyən futbolçu yeni komandasında yaxşı qəbul edildiyini vurğulayıb: "Burada çox əla ab-hava var və işləmək də asandı. Topla çalışıram və məncə, işlərim qaydasındadı. Mövsümə yaxşı hazırlaşaraq ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Başqa komandalarla bərabər şanslarımız var. Ən başlıcası isə sağlamlığımı qoruyub zədə almamaqdı. Təcrübəmlə komandama kömək etməyi çox istəyirəm. "Bayer"in qalib psixologiyasına malik olmasını arzulayıram".
0
0