Suat Usta: “Lester”ə keçmək ehtimalım var
30.07.2010 - 23:21
Suat Usta: “Lester”ə keçmək ehtimalım var
“Transfer pəncərəsi”nin bağlanmasına xeyli vaxt var. Tələsməyib, təkliflər gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq futbolçusu Suat Usta deyib.

Flaqmandan ayrıldıqdan sonra bir müddət istirahət edən türkiyəli futbolçu karyerasını harada davam etdirəcəyini bilmir. Bir neçə klubla danışıqlar apardığını bildirən təcrübəli müdafiəçi qardaşının məsləhətinə qulaq asır: “Qardaşım Qus Hiddinkin köməkçisi oldu. Mənə tələsməməyimi və gözləməyimi məsləhət bildi. Qardaşım meneceri mənə klub axtarır”.

Suat karyerasını İngiltərədə davam etdirməyin mümlünlüyündən danışıb: “İngiltərədə “Lester” komandasına keçmək ehtimalım var. Ancaq bu məsələ hələ dəqiqləşməyib. Karyeramı Türkiyədə də davam etdirə bilərəm. Superliqa və Bank Asya ligası ola bilər”.

O gələcəkdə Azərbaycana qayıtmaq ehtimalının olduğunu da bildirdi: “Azərbaycanı çox sevirəm. Bəlli olmaz, bəlkə gələcəkdə Azərbaycandan başqa klublardan təklif aldım”.