Cəmşid Məhərrəmov: Sizin çox şeydən xəbəriniz olmur – MÜSAHİBƏ
30.07.2010 - 23:27
“Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi
- Ötən mövsüm mübarizə apar, ikinci yeri tut, ölkə kubokunu qazan, Avropa Liqasına vəsiqə əldə et, hər iki oyunda rəqibini məğlub et, ancaq mərhələ adlama. Bunun məntiqi izahı varmı?
- Bu, tək bizə yox, bütün işçilərimizə - masajçısından tutmuş futbolçulara, klub rəhbərliyinə qədər hamıya çox pis təsir etdi. Həmçinin azarkeşlərimizə. Onların bizə böyük ümidi, inamı var idi. Biz də istəyirdik ki, ölkəmizin adını beynəlxalq arenada layiqincə təmsil edək. Ancaq bu məsələnin ortaya çıxması... Bütün görülən işləri, çəkilən zəhməti heç etdi.
- Bu məsələ futbolçulara necə təsir etdi?
- Əlbəttə, çox pis! Çünki bütün ümidimizi, hazırlığımızı Avropa Liqasına görə planlaşdırmışdıq. Qrup mərhələsindən başqa bir şey fikirləşmirdik. Yüksək səviyyəli hazırlıq keçmişdik, səviyyəli legionerlər transfer etmişdik. Ona görə də belə acınacaqlı şəkildə mübarizəni dayandırmaq, biz futbolçulara hərtərəfli çox pis təsir etdi. Amma həyat davam edir. Bəlkə də, belə məsləhət imiş. Ən əsası sübut etdi ki, “Bakı” məzmunlu oyun nümayiş etdirir, rəqibini evdə və səfərdə uda bilir. Bu il bir səhvin güdazına getdik, inşallah gələn il bu təkrarlanmaz. Belə şəraitlə, heyətlə “Bakı” daha da irəli gedəcək. Çempionatda komandamızın əsl üzünü, yaxşı tərəfini görəcəksiniz.
- “Bakı”nın çempionatda öz sözünü deyəcəyini bildirdiniz. Necə düşünürsünüz, komandanız növbəti çempionata hazırdırmı?
- Əlbəttə, çempionatın başlamasına az qalıb. Yüksək səviyyəli məşqlərimizi davam etdiririk. Bu mövsümdə əsas məqsədimiz hər iki cəbhədə - həm çempionatda, həm də ölkə kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır.
- Az-çox rəqiblərin də gücünə bələdsiniz. Sizcə, “Bakı” bu heyətlə məqsədinə çata bilərmi?
- Bu heyətlə çox şey etmək olar. Siz “Bakı”nı ancaq kənardan müşahidənizə əsasən dəyərləndirirsiniz. Yəni, sizin çox şeydən xəbəriniz olmur. Mən klubun daxilində olan bir şəxs kimi deyirəm ki, “Bakı” bu il çox güclüdür. Çətin ki, qarşısımızda tab gətirən komanda olsun. Düzdür, güclü rəqiblər də var. Ancaq açıq deyirəm, “Bakı” çox fərqlidir. Siz özünüz də bunun şahidi olacaqsınız.
- Baş məşqçi Vinfred Şafer sizinlə söhbət edibmi? Konkret sizdən nə tələb edir?
- Bizdən məzmunlu oyun nümayiş etdirməyimizi tələb edir. Ancaq qələbə haqda da düşünməyimizi istəyir. Şafer haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. İşinin peşəkarıdır. Məşqlərə çox ciddi yanaşır. Biz də çalışırıq ki, onun verdiyi tapşırıqları əskiksiz yerinə yetirək. Onun öz oyun üslubu, öz taktikası var. Biz də ona uyğun futbol oynamağa çalışırıq. Şaferin məşqçi biliyindən dəyərlənməyimiz lazımdır.
- “Bakı” bu il qurduğu iddialı heyətlə diqqət çəkir. Transfer dövründə səviyyəli legionerlər cəlb olundu. Özünüzü rəqabətə hazır hesab edirsinizmi?
- Əlbəttə. Əsas məsələ “Bakı”nın uğurudur. Mənim oynayıb-oynamamağımın elə bir əhəmiyyəti yoxdur. Çünki Cəmşid Məhərrəmov gəldi-gedərdi. Həmişə demişəm, yenə təkrarlayıram: oynasam da, oynamasam da, ürəyim həmişə “Bakı” ilə birgə döyünür.

0
0