Asamoa Qyan “Fənərbaxça”da oynamaq istəmir
30.07.2010 - 23:32
Sürətli və texnikalı forvard arayan "Fənərbaxça"nın səyləri hələlik gözlənilən nəticə vermir. Apasport.az saytının məlumatına görə, Asamoa Qyanı transfer etməyə çalışan, amma "Renn"in inadını qıra bilməyən sarı-lacivərd klub dünən növbəti uğursuzluğa düçar olub.
Lion "Olimpik"indən Qomişi almağa çalışan "Fənərbaxça" yenə rədd cavabı alıb. Türklərin Qomiş üçün təklif etdikləri 13 milyon avro ciddi maliyyə çətinlikləri yaşayan "Olimpik"in prezidenti Jan-Mişel Olanı çox maraqlandırsa da, futbolçu İstanbulda oynamaq istəmədiyini deyib. Lionlular "Bəbir" ləqəbli forvardı ötən mövsüm "Sent-Etyenn"dən 14,2 milyon avroya satın almışdılar.
Bu səbəbdən də "Fənərbaxça" yenidən Qyanın transferi ilə bağlı danışıqları sürətləndirib. Klub rəhbərliyinin dediyinə görə, nəyin bahasına olursa-olsun, Asamoanı "Fənər"in heyətinə qatacaqlar. Srağagün "İstanbuldan gələn təklifi qəbul edə bilərəm" deyən 25 yaşlı hücumçu isə bildirib ki, "Fənərbaxça"da oynamaq istəmir: "Burada, "Renn"də özümü əla hiss edirəm. Baş məşqçim və komanda yoldaşlarımla əla münasibətlərim var. Ona görə də indi klub dəyişdirmək, hansısa başqa komandaya üz tutmaq mənimçün heç önəmli məsələ deyil".
Cənubi Afrikada keçirilmiş dünya çempionatındakı parlaq oyunu ilə milyonların rəğbətini qazananan Asamoa Qyanla indi Avropanın ən məşhur və böyük klubları maraqlanır. "Fənərbaxça" isə potensial rəqiblərini üstələmək üçün Qyanın transferinə 16 milyon avro ödəyəcəyini deyib.

0
0