Emin Mahmudov Mahir Şükürovdan fərqləndi
31.07.2010 - 09:31
Rusiya Premyer Liqasının cari mövsümündə ilk dəfə azərbaycanlı futbolçuların qarşıdurması olub. Apasport.az saytının məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi “Anji” XV turda Emin Mahmudovun formasını geyindiyi “Saturn” komandasının qonağı olub.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Hər iki futbolçumuz əsas heyətdə meydana çıxsa da, Emin həmkarından fərqli 89-cu dəqiqədə əvəzlənib. Bununla belə, Mahmudov (6) Şükürovdan fərqli (5,5) çıxışına görə rusiyalı həmkarlarımız tərəfindən daha yüksək qiymət alıb. Mahir hesab açılana az qalmış ötürməsində kobud səhvə qol versə də, “Saturn”un futbolçuları qol vurmaq üçün bu hədiyyədən yararlana bilməyib.
Qeyd edək ki, Şükürov millinin futbolçusu olduğu halda, Mahmudov vaxtilə aşağı yaş qruplarından ibarət yığmamıza cəlb olunub. Əslən Lənkərandan olan 17 yaşlı Emin yığma karyerasını uzun müddətdir yaşadığı Rusiya ilə bağlamağa qərar verib.

0
0